İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində çimərlik hovuzunda 16 nəfər xlor qazından zəhərlənib.
Unikal.org-un məlumatına görə, bunu Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri və Səhiyyə, Müalicə Xidmətləri Universitetinin fövqəladə hallar üzrə mərkəzinin direktoru Baqir Bəhrami deyib.
B.Bəhraminin sözlərinə görə, zəhərlənənlərdən yeddisi azyaşlı uşaqlardır.
Zəhərlənənlərdən dördünün vəziyyəti ağırdır.