Ayının mağarasına sürüdüyü adamın sağ qalmaq hekayəsi Rusiyada sensasiya doğurub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Tuva bölgəsində boz ayı Aleksandr adlı şəxsi yaralayaraq mağarasına aparıb. Yaralı adam 1 ay ərzində mağarada "əsir" olan adam öz sidiyini içərək həyatda qalmağı bacarıb. 

Onu 1 ay sonra təsadüfən ovçular tapıb. Belə ki, ov itləri həmin mağaranın qarşısına gələrək hürməyə başlayıblar. Mağaraya girən ovçular yara içində tapdıqları Aleksandrı öncə mumya zənn ediblər. Canlı olduğunu gördükdən sonra dərhal xəstəxanaya çatdırıblar. 

Həkimlərin müayinəsi zamanı məlum olub ki, onun bədəninin bütün onurğa sümüklərinin sınıb. Xəstəxanadan verilən açıqlamada bildirilib ki, uzun müddət hərəkətsiz qaldığı üçün vücudunda ağır yaralar və dəridə çürümə meydana gəlib. Onun bu yaralara rəğmən necə sağ qala bildiyi təəccüb doğurub.

Aleksandr ayının üzərinə atladığını, sürükləyərək mağaraya apardığını, bir ay ərzində öz sidiyini içərək həyatda qaldığını deyib.

Qeyd edək ki, boz ayılar ovlarını bir müddət saxlayıb, sonra yeyirlər.