Madaqaskarın paytaxtı Antananarivoda müstəqillik günün qeyd edildiyi stadionda izdiham baş verib. Bunun nəticəsində ən az 16 nəfər əzilərək həyatını itirib. Onlarla adamın da yaralandığı bildirilir. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Fransadan ayrılıb, müstəqilliyini qazanmasının 59-cu ildönümündə təşkil edilən tədbirlərdən sonra polis qapıları açıb.  Ancaq polisin sonradan ani bir qərarla qapıları bağlaması izdihama səbəb olub. Qapıların qarşısında  toplanan insanlar bir-birini əzməyə başlayıb. 

Hadisə zamanı yaralanan Jean Claude Etienne Rakotoarimanana adlı 29 yaşlı şəxs "Qapılar açıldığında biz öndə idik. Birdən digər insanlar önümüzə keçməyə çalışdı. Bizi itələməyə başladılar. Hətta yumruqlayırdılar. İzdiham əsnasında ürəyim getmişdi" deyə açıqlama verib.

Prezident Andry Rajoelina hadisədən sonra yaralıları xəstəxanada ziyarət edib və onların xəstəxana xərclərinin qarşılanacağını açıqlayıb. Hadisədən sonra prezident Andry Rajelina yaralıları xəstəxanada ziyarət edib və bu insanların xəstəxana xərclərinin qarşılanacağını açıqlayıb . 

Qeyd edək ki, həmin stadionda ötən sentyabr ayında həddindən artıq sıxlıq nəticəsində bənzər hadisə yaşanmışdı. Hadisə zamanı bir nəfər ölmüş, 30-dan çox adam da yaralanmışdı.