Almaniyanın Brandenburq əyalətində bir vətəndaşın motosikleti çılpaq sürməsi hər kəsin diqqətini çəkib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, çılpaq kişini görən polis onu saxlayıb. Başında kaskası olan sürücü havanın çox isti olduğunu və bu səbəblə çıplaq halda motosklet idarə etdiyini deyib. Polis ona ən azından şalvar geyinməsinin vacib olduğunu deyib və bundan sonra yola davam etməyə icazə verib.

Hadisəylə bağlı fotoları Almaniya polisi sosial şəbəkədə paylaşıb və havaların həddindən artıq isti olmasıyla bağlı ona haqq verib:

"Sürücünün dediklərinə qatılmamaq əldə deyil" sözlərini yazıb. 

Almaniya Meteorologiya Ofisi Kosken şəhərində havanınn indiki tempuraturunun 38.6 dərəcə olduğunu deyib.  Bu da  o deməkdir ki, havanın istiliyi 1947-ci ilin iyun ayının rekord həddən də artıqdır.