Gürcüstanın Telavi bələdiyyəsinə tabe olan Qaracalar kəndində 40 yaşlı azərbaycanlı kişi öldürülüb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, kənd sakinləri qətlin keçmişdə baş verən münaqişə zəminində törədildiyi bildirib.
Öldürülən şəxs Gürcüstanda yaşamayıb. O, bir neçə gün əvvəl anasını ziyarət üçün kəndə gəlibmiş.