Prezident Rəcəb Tayyib Ərdoğan 28-29 iyunda təşkil ediləcək G20 sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.
Unikal.org
-un məlumatına görə, Ərdoğan, xanımı Əminə Ərdoğan ilə  Yaponiyanın Oska şəhərinə gedib.  
Prezident Ərdoğanı Osaka Kansai Hava Limanında Yaponiyanın xarici işlər nazirinin müavini Kenji Yamada və Türkiyənin Tokiodakı səfiri Murat Mercan qarşılayıblar.
Prezident Ərdoğana səfər çərçivəsində Mukogava Qadın Universitetinə gedib. Burada Ərdoğana universitetin fəxri doktoru adı verilib. MQU-da tələbə və müəllim heyəti qarşısında çıxış etdikdən sonra tələbələrlə xatirə fotoşəkili çəkdirib. 
Universiteti gəzən prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, çay seremonisində də qatılıb.