Tunis Respublikasının prezidenti Beji Kaid əs-Sebsi vəfat edib.
Unikal.org bu barədə “İnterfax”a istinadən xəbər verir.
Bundan əvvəl 92 yaşlı dövlət başçısı hərbi hospitala yerləşdirilmişdi.
Qeyd edək ki, Beji Kaid əs-Sebsi respublikanın ilk prezidenti Həbib Burgiba dövründə xarici işlər naziri işləyib. 2014-cü ildə dövlət başçısı seçilən mərhum prezident bu il keçiriləcək prezident seçkilərində namizəd olmayacağını, ölkəyə daha gənc şəxsin rəhbərlik etməsinin vacibliyini bildirmişdi.