Qoç - şərtiliyi bir kənara atın. Problemləri qeyri-trivial yollarla həll etməyə çalışsanız, səyləriniz uğurla başa çatacaq. Sürətlə çalışın, tez qərarlar qəbul edin. İntuisiyanıza güvənin. Yaradıcılıq enerjiniz çoxdur.
Günün ikinci yarısında nikbin olun. Məqsədə doğru aparan yolda qarşınızı kəsə biləcək yeganə məqam heç bir ehtiyac duyulmadığı təqdirdə nüansları mürəkkəbləşdirməyin.
Həddən artıq emosionallıq əhvalınıza mənfi təsir edəcək. Axşam saatlarında hər hansı formada aktiv fəaliyyətlə məşğul olmayın. Səs-küylü əyləncələrə qatılmayın.
Ailəvi istirahətə üstünlük verin.
Buğa - gün ərzində diqqəti əldən verməyin. Fatalist olmayın, hər şeyi taleyin ümidinə buraxaraq ətalətlə davranmayın. Əzmkar olsanız, çətin problemlərin öhdəsindən gələ bilərsiniz. Kimsədən çəkinməyin, qorxmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı inama və etibara əsaslanmış təmaslar qurun. Yaxınlarınızla münasibətləri aydınlaşdırmağa çalışmayın.
Köhnə inciklikləri xatırlayaraq işgüzar tərəfdaşla mübahisələrə rəvac verməyin.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - bu gün sözlər yox, əməllər önəmlidir. Borcları ödəyin. Kreditlərlə bağlı ödənişləri gecikdirməyin. Maliyyə öhdəliklərinizi unutmayın. Nəzərdə tutulmamış, qəfil alış üçün böyük məbləğdə pula ehtiyac yarana bilər.
Günün ikinci yarısında uğura nail olmaq istəyirsinizsə, məsləhətlərə qulaq asmayın. İşin öhdəsindən yaxşı bildiyiniz üsul və vasitə ilə gələ bilərsiniz. Uzaqgörən olun, sizi gözləyən təhlükələri təxminləməyi bacarın.
Axşam saatlarını evdə keçirmək əvəzinə ailə üzvlərini də götürüb, təbiət qoynuna yollanın.
Xərçəng - adi, gündəlik qayğıların çözümü və rutin işlərin görülməsi üçün əlverişli zamandır. Uğurunuz fatumdan yox, bilik və bacarıqlarınızdan asılıdır. Riskli anlaşmalar, sövdələşmələr məsləhət deyil. İşgüzar tərəfdaşlardan və ya inandığınız insanlardan biri maraqlarınıza zidd hərəkət edəcək. Təəssüflənməyin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə sərinlik yaratmayın. Səhhətinizə fikir verin. Yarımçıq qalmış işi başa vurun.
Axşam saatlarında əyləncə məkanına yollana bilərsiniz.
Ehtiyatı əldən verməyin.
Şir - vurnuxma, tələskənlik, əsəblərin tarıma çəkilməsini vəd edən gündür. Uğursuz situasiya problemlərin sayını artıracaq. Buna rəğmən, əhvalınızı pozmayın. Nikbin olun. Yaradıcılıq enerjisi və aktivlik bir sıra çətinlikləri həll etməyə, maneələri keçməyə imkan verəcək.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə diqqətli olun. Qəfil sözlər kiminsə xətrinə dəyə bilər. Ürək qırmayın. Axşam saatlarını istirahətə həsr edin.
Qız - proseslər və baş verən hadisələr sizdən həm əqli, həm də fiziki aktivlik tələb edir. Az danışıb, çox iş görün. Qarşınıza qoyduğunuz hədəfləri təftiş edin. Bitkin konsepsiyanız olmalıdır.
Günün ikinci yarısında çətin məsələnin həllində, müşkülün çözülməsində həmkarın və ya tanışın məsləhəti dadınıza çatacaq. Sevdiyiniz insan sizə tam dəstək verəcək. Onun qayğısına qalın.
Axşam saatlarında stressdən qurtulun.
Tərəzi - asan qələbələrə bel bağlamayın. Nəzərdə tutduğunuz işləri çətinliklə həyata keçirəcəksiniz. Nəticələr isə sizi sevindirəcək. Çalışdığınız kollektivdə mövqelərinizi möhkəmləndirə bilərsiniz.
Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır.
Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və irandaları nəzərə alın. Heç bir səbəb olmadan münaqişəyə başlamayın.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Əqrəb - adi günlərlə müqayisədə daha qətiyyətli, iradəli olun. Xırda məsələlər sizi çaşdırmasın, ruhdan salmasın. Kiçik detallar işinizin son nəticəsinə ciddi təsir edə bilər. Çevik, mütəhərrik olun. Bütün məsələlərdə rəqibləri qabaqlamaq üçün yollar arayın.
Günün ikinci yarısında fəaliyyət müstəvisində və ya məişət məsələlərində qeyri-standart düşünmək gərəkdir. Yaxınlarınızla münasibətlərin müəyyən korreksiyaya, yenilənmələrə ehtiyacı var.
Axşam saatlarında açıq söhbətə zərurət duyulur.
Oxatan - sayıq və diqqətli olun. Ən kiçik səhvin fəsadları böyük, ağrılı ola bilər. Emosional davranmayın. Hisslərə qapılsanız, məqsədə doğru aparan yoldan sapmaq təhlükəsi yaranacaq. Maliyyə məsələlərində risk etməyin. Şübhəli əməliyyatlara qatılmayın.
Günün ikinci yarısında əmək kollektivində haqqınızda şayiələr və intriqalar yarana bilər. Çətin situasiyanı danışıqlarla, müzakirələrlə çözməyə çalışın. Yaxınlarınızla təmaslarda həssas olun. Ötənlərdəki inciklikləri bağışlamağa, müvəqqəti də olsa, unutmağa çalışın.
Axşam saatlarında normal istirahət etmək gərəkdir.
Oğlaq - rutin məsələlərin həllində təşəbbüskar olun. İdeyalarınızı daha səmimi şəkildə söyləyin. Qarşı tərəfin mövqelərini mütləq şəkildə nəzərə alın. Tənqid və iradların sayını artırmayın. Aqressiv davranmayın.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Uğurların sayını artırmaq istəyirsinizsə, prosesləri izləyin, şansları dəyərləndirin.
Axşam saatlarında dəyər verdiyiniz insanlarla münaqişə və mübahisə etməyin. Birgə fəaliyyət üçün o qədər də yaxşı zaman deyil.
Dolça - günün ilk yarısından etibarən hadisələrin intensivliyi artacaq. Mühüm, önəmli məsələlərin həllini gecikdirməyin. Bəzi məqamlarda lider mövqeyi tutmalı, yaxın ətrafınızdakı insanları arxanızca aparmalısınız.
Günün ikinci yarısında birgə layihədəki tərəfdaşınızın dediklərinə qulaq asın. Kobud və qaba insan təsiri bağışlamayın. Yaxınlarınız arasında çətinə düşmüş insana yardım etməyi unutmayın.
Səhhətinizin və sağlamlığınızın ziyanına olaraq qəhrəmanlıq etməyin. Cari situasiyanın təfərrüatlarına varın.
Balıqlar - çalışdığınızı kollektivdəki ümum ab-havaya rəğmən fikrinizi və mövqeyinizi söyləməkdən çəkinməyin. Rəhbərlik təşəbbüsünüzü dəyərləndirə bilər. Mövqeyinizi arqumentlərlə möhkəmləndirməyi unutmayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlardan biri və ya şəriklə münasibətləriniz gərginləşə bilər. İstehsalat, biznes, kommersiya və ya təhsil məsələlərində təcrübəsiz insanlara güvənməyin. Axşam saatlarında səhhətinizin qayğısına qalın.
Orqanizm sınaq vasitəsi deyil.