UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul olunub.
Unikal.org-un xəbərinə görə, Mədəniyyət naziri Əbülfəs Qarayev bəyannamənin dünyada mədəni irsin qorunmasına xidmət etdiyini deyib.
Nazir bildirib ki, sənəd dünya ictimaiyyətinin diqqətini mədəni irsin qorunmasına yönəltmək məqsədi daşıyır.
Qeyd edək ki, 43-cü sessiyada xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.