Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, “Qəbələ” idman klubunun sabiq prezidenti, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov İngiltərədə vətəndaşlıq alıb.
Unikal.org-a daxil olan məlumata görə, hazırda İngiltərədə yaşayan nazir oğlu demək olar ki, Azərbaycandakı biznes strukturlarının hamısını həmin ölkəyə daşıyıb.
Onu da nəzərə çatdıraq ki, bir müddət öncə Unikal.org-a açıqlama verən Ağsaqqallar Şurasının sədri, millət vəkili Fətah Heydərov nəvəsi T.Heydərovun xaricdə olduğunu təsdiqləmişdi.
Orxan Həsənli