Rusiyanın qərbində yerləşən Voronejskoy vilayətinin, Pavlovsk kəndində qorxunc bir hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vilayətdə 33 yaşlı kişi yol-tikinti idarəsinin nəzdində olan və hazırda fəaliyyət göstərməyən qır fabrikdə neft məhsullarının (bitumlaşmış kütlənin) axıntılarının olduğu gölməçəyə düşüb. 

Neft məhsullarının tullantılarından illərdir əmələ gələn gölməçəyə düşən kişi ağır vəziyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Kənd sakinləri müvafiq qurumlardan bu gölməçələrin onlar üçün təhlükəyə çevirildiyini bildiriblər. Bununla belə, qır gölməçələri Pavlovskiy dövlət meşə təsərrüfatına ciddi ziyan vurur, Krasnyarski vilayətinə qədər uzanır.