Braziliyanın Altamira bələdiyyəsindəki həbsxanada baş verən iğtişaşlar nəticəsində 52 məhbus ölüb.

Unikal.org RİA Novosti agentliyinə istinadən xəbər verir ki, məhbusların əksəriyyəti qapalı otaqda dəm qazından boğularaq dünyasını dəyişiblər.

Məhbuslardan 16 nəfəri qətlə yetirilib. Bundan əlavə, iki həbsxana işçisi girov götürülüb lakin sonradan sərbəst buraxıblar.