Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın iddiası əsasında "Xural.com" saytının rəhbəri, Əvəz Zeynallı və universitetin keçmiş əməkdaşlarına qarşı məhkəmə prosesi başlayır.
Unikal.org
xəbər verir ki, Əvəz Zeynallı bu barədə jurnalitlərə çağırış edib, onları məhkəməyə dəvət edib və rektorun ünvanına ağır ittihamlar səsləndirib:

"Bu gün məhkəmədir. Duyarlı həmkarlarımızın hamısını bu məhkəməyə dəvət edirəm! Gəlin və görün ki, işçiləri onun haqqında nələr danışır".
Qeyd edə ki, Kamal Abdullanın iddiası əsasında "Xural.com" saytının rəhbəri, Əvəz Zeynallının prossesi bu gün saat 16.10-da  Binəqədi rayon məhkəməsində baş tutacaq. 

Xatırladaq ki, Kamal Abdulla Əvəz Zeynallını ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurmaqda ittiham edərək məhkəməyə verib. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və "Xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir.