ABŞ-ın Nyu Cersi vilayətində 36 yaşlı qadın müəllim 15 yaşlı qız şagirdi ilə cinsi əlaqəyə girib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müəllimənin əvvəllər də 8-ci sinif şagirdi olan həmin qıza qeyri-etik mesasjlar attığı məlum olub. Müəllimə 2015-ci ildə ekskursiyadan sonra qızı evinə aparıb və onunla birlikdə olub. Digər müəllimlərin polisə xəbər verməsi ilə 36 yaşlı qadın saxlanılıb və məktəbdəki işindən azad edilib.
Daha sonra müəllimə hər şeyi polisə etiraf edib. Məhkəmə ona 5 illik həbs cəzası verib və bundan sonra 36 yaşlı qadın heç vaxt dövlət məktəblərində işləyə bilməyəcək.