Türkiyə qoşunları Suriyanın şimalındakı Sarakib şəhərinə daxil olub.
Unikal.org xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi açıqlama verib.
Qeyd olunur ki, Türkiyənin zirehli texnikaları Xan-Şeyhun şəhəri istiqamətində hərəkət edir.
Silahlı qruplaşmaların nəzarət etdiyi Xan-Şeyhun şəhərinin Suriya ordusu tərəfindən mühasirəyə alındığı deyilir.