Xabarovskda 19 yaşlı oğlan 13-cü mərtəbədəki eyvandan tullanıb.
Unikal.org Rusiya mediasına istinadən bildirir ki, ölən gənc mənzildə dostları ilə birgə olub.
İlkin məlumata görə, həddindən çox narkotik qəbul edən oğlan dostlarını uça bildiyinə inandırmaq üçün qışqıraraq eyvana qaçıb.
"Məni tutun, tutun!", - qışqıran oğlan sonra özünü aşağı atıb, - ölənin tanışı deyib. Onun yerə düşməsini yaxınlıqdan keçənlər mobil telefonun kamerasına çəkiblər. Gəncin ölümü bir anlıqda baş verib. Onun anası və nənəsi ölümündən yalnız axşam çağı xəbər tutublar. O, narkotik aludəçisi olduğundan təhsil aldığı yerdən çıxarılıb.