Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 illik müqaviləyə görə UEFA-nın hesabına 80 milyon avro vəsait köçürüb.
Unikal.org bildirir ki, bu barədə "sportbusiness" məlumat yaıb.
SOCAR Energy of Azerbaijan-ın reklam şitləri Avro-2016-nın Fransa stadionlarında keçirilən bütün oyunlarında nümayiş olunur. Bundan başqa, Azərbaycanın Dövlət Şirkəti SOCAR Player Barometer-in köməyi ilə çempionatın ən yaxşı oyunçularını müəyyənləşdirməkdə də iştirak edəcək.
"Bizim bu sponsorluğumuz dünya ictimaiyyətinin diqqətinin Azərbaycana cəlb olunmasına böyük kömək edəcək", -deyə SOCAR prezidenti Rövnəq Abdullayev "eurosport.com"a açıqlamasında bildirib.
Qeyd edək ki, UEFA Avro-2016-dan marketinqin köməyi ilə 450 milyon avrodan çox gəlir götürməyi planlaşdırır. Bu, Avro-2012-də əldə edilən gəlirdən (314 milyon) xeyli çoxdur.
Onu da qeyd edək ki, futbol üzrə Avropa çempionatı öz populyarlığına görə Dünya çempionatından və Olimpiya oyunlarından sonra 3-cü yeri tutur.
Yeri gəlmişkən, gözlənilir ki, iyulun 10-da keçiriləcək final görüşünü 300 milyondan çox tamaşaçı izləyəcək.