La Liqanın 2-ci turu çərçivəsində keçirilən "Barselona"-"Real Betis" qarşılaşmasında Ansu Fati adını tarixə yazdırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 5-2 hesabı ilə başa çatan matçın 78-ci dəqiqəsində meydana daxil olan Ansu Fati "Barselona" tarixində 16 il 300 günlük yaşı ilə 1941-42 mövsümündən sonra meydana çıxmış ən gənc futbolçu olub. Bundan əvvəl bu rekord 16 ilə 280 günlə Visente Martinezə aid idi. 

Matçdan sonra Lionel Messi gənc futbolçunu təbrik edib.