İngiltərə millisinin keçmiş kapitanı Ueyn Runi ötən günlərdə Vankuverdə dostları ilə gecə əylənməyə çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məşhur futbolçu 7 saat əyləndikdən sonra əsmər bir qadınla liftə minib otağa çıxarkən görüntülənib.
Daha sonra o başqa bir əsmər qadınla da görülüb. Runinin həyat yoldaşı Kolen görüntülərin internetdə yayılmasından sonra çox əsəbiləşib.
Onun bu hadisədən sonra alış-verişdə olarkən əlində evlilik üzüyünün olmaması diqqət çəkib.