“Bizi çətin oyun gözləyir. Kiçik üstünlüyümüz var. Amma bu, çox da böyük önəm kəsb etmir. Xüsusən də “Qarabağ” kimi güclü komandaya qarşı oyunda”.
Unikal.org xəbər verir ki, bu sözləri “Linfild”inin kapitanı Ceymi Malqryu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunundan öncə mətbuat konfransında deyib.
Malqryu “Bakı gözəldir, yoxsa “Qarabağ”ın oynadığı futbol” sualını belə cavablandırıb: “Əla şəhərdir, gözəl insanları var. Azərbaycan paytaxtı gözləntilərimizi qarşıladı. O ki qaldı oyuna, indiyə qədər qarşılaşdığımız ən çətin rəqiblərdən biri “Qarabağ” idi. Sabah da çətin olacaq və rəqibin oyun səviyyəsini artıracağını düşünürəm”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Linfild” görüşü saat 20:00-da başlayacaq.