“Qarabağ” klubu UEFA Avropa Liqasının play-off mərhələsində cavab oyununa çıxıb.
Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın “Linfild” komandası ilə qarşılaşıb. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edib.
Görüşün 6-cı dəqiqəsində hesab açılıb. "Qarabağ"ın heyətində Xayme Romero fərqlənib.
Matçın ilk hissəsi Ağdam klubunun üstünlüyü ilə başa çatıb.
88-ci dəqiqədə Abdulla Zubir "Qarabağ"ın ikinci qolunu vurub. Rəqib vurulan qollardan birinin əvəzini çıxıb.
Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsilə yekunlaşıb. Bununla da Ağdam klubu Avropa Liqasının qrup mərhələsinə yüksəlib.