2018/19 mövsümünün ən yaxşı hücumçusu bəlli olub.
Unikal.org xəbər verir ki, bu ada “Barselona”nın forvardı Lionel Messi layiq görülüb.
O, Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında mükafatlandırıb. Argentinalı Sadio Mane ilə Kriştianu Ronaldonu üstələyib.
Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı “Liverpul”lu Alisson Bekker, müdafiəçisi onun komanda yoldaşı Vircil van Diyk, yarımmüdafiəçisi ötən ili “Ayaks”da keçirən Frenki de Yonq seçilib.