İspanyalı məşqçi Luis Enrikenin qızı dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 5 aydır sümük xərçəngi ilə mübarizə aparan 9 yaşlı Xana vəfat edib.

İspaniya millisinin baş məşqçisi Enrike qızı haqqında "Sənin üçün çox darıxacağıq, amma gələcəkdə görüşəcəyimiz ümidi ilə həyatımızın hər günü səni xatırlayacağıq. Ailəmizə rəhbərlik edən ulduzumuz olacaqsan" sözlərini deyib.

Enrike ailəsi qızlarının xəstəliyi müddətində yanlarında olan və dəstək göstərən hər kəsə təşəkkür edib.