Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Unikal.org xəbər verir ki, bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.
100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıb. Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. O, 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarini ilə qarşılaşacaq.
Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb.