Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
Unikal.org xəbər verir ki, Monako şəhərində keçiriləcək tədbir saat 15:00-da start götürüb. Püşkdə 48 klub 12 qrupa bölünüb. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidir.
Püşkatmadan öncə komandalar reytinqinə görə səbətlərə bölünüb. “Qarabağ” əmsalına əsasən, 3-cü səbətə düşüb. Monakoda baş tutan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibləri müəyyənləşib.
Qrup mərhələsinin oyun günləri də bəllidir. Sentyabrın 19-da başlayacaq qrup matçları dekabrın 12-də yekunlaşacaq.
Avropa Liqası, qrup mərhələsi
A qrupu
Sevilya (İspaniya)
APOEL (Kipr)
Qarabağ (Azərbaycan)
Düdelanj (Lüksemburq)
B qrupu
"Dinamo" (Kiyev),
"Kopenhagen" (Danimarka),
"Malmö" (İsveç),
"Luqano" (İsveçrə)
C qrupu:
"Bazel" (İsveçrə),
"Krasnodar" (Rusiya),
"Xetafe" (İspaniya),
"Trabzonspor" (Türkiyə)
D qrupu
"Sportinq" (Portuqaliya)
PSV (Hollandiya)
"Rusenborq" (Norveç)
LASK (Avstriya)
E qrupu
"Latsio" (İtaliya)
"Seltik" (Şotlandiya)
"Renn" (Fransa)
ÇFR (Rumıniya)
F qrupu
"Arsenal" (İngiltərə)
"Ayntraxt" (Frankfurt, Almaniya)
"Standard" (Lyej, Belçika)
"Vitoriya" (Gimaraynş, Portuqaliya)
G qrupu
"Portu" (Portuqaliya)
"Yanq Boyz" (İsveçrə)
"Feyenoord" (Hollandiya)
"Reyncers" (Şotlandiya)
H qrupu
MOİK (Moskva, Rusiya)
"Lüdoqorets" (Bolqarıstan)
"Espanyol" (İspaniya)
"Ferentsvaroş" (Macarıstan)
I qrupu
"Gent" (Belçika)
"Volfsburq" (Almaniya)
"Sent-Etyen" (Fransa)
"Aleksandriya" (Ukrayna)
J qrupu
"Roma" (İtaliya)
"Borussiya" (Mönxenqladbax, Almaniya)
"İstanbul Başakşehir" (Türkiyə)
"Volfsberq" (Avstriya)
K qrupu "Beşiktaş" (Türkiyə)
"Braqa" (Portuqaliya)
"Vulverhempton" (İngiltərə)
"Slovan" (Bratislava, Slovakiya)
L qrupu
"Mançester Yunayted" (İngiltərə)
"Astana" (Qazaxıstan)
"Partizan" (Serbiya),
AZ (Alkmaar, Hollandiya)