Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizəyə qatılıb. 

Unikal.org-un məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançının rəqibi yaponiyalı Aaron Volf olub. Görüş Volfun qələbəsi ilə yekunlaşıb. Təsəlliverici görüşdən məğlub ayrılan Qasımov, 5-ci yerlə kifayətlənib. 

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.