Qazax rayon mərkəzindəki N.Nərimanov küçəsində saat 17 radələrində 4 avtomobil toqquşub.

Bu barədə Unikal.org-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu zaman avtomobillər orta təzyiqli qaz xəttini birləşdiyi yerdən qoparıb. Baş verən olaya görə 1500 abonentin qaz təchizatı dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.