Gənclər və yeniyetmələr arasında kikboksun WAKO versiyası üzrə keçirilən Avropa çempionatında  üç idmançımız  finalda rəqiblərini məğlub edərək qızıl medal və kubokun sahibi olublar.  

Avropa çempionatına 40midmançı ilə qatılan millimizin hazırda aktivində 4 qızıl,  1 gümüş və 1 bürünc medal var.
Unikal.org mötəbər yarışda qalib olan kikboksçularımızın siyahısını təqdim edir:  
Qızıl medal: 

Kapitan komanda Məhəmməd İmanov

Qəşəm Məmmədov 

Əkbər Əsədov 

Elnur Mustafayev 
 
Gümüş medal:

Nihat Tagızadə 

Bürünc medal:

Elcan Alıkişiyev 

Alışov Rüstəm 

Dadaşov Xəyal 

Əliyev Əlihüseyn

Qızlar arasında baş tutan yarışda K-1 versiyası üzrə Turan Mühəndis  bürünc medalı komandamızın aktivinə yazdırıb.

Qeyd edək ki, sabah avqustun 31-də növbəti final qarşılaşması keçiriləcək. Finalda isə iki idmançımız 
WAKO versiyası üzrə Avropa və Dunya çempionu, Dünya kubokunun sahibi Amin Quliyev və  Dünya kubokunun qalibi (WAKO) Nicat Ələkbərli öz güclərini sınayacaqlar . 

Həmin kikboksçular 23 qat dünya çempionu (IKBO, WAKO, World Profi və IAKSA), 7 qat Avropa çempionu (WAKO, World Profi and IAKSA) Eduard Məmmədovun tələbələridir.