Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən püşkatmanı dəyərləndirib.
Unikal.org xəbər verir ki, təcrübəli mütəxəssis rəqibləri analiz etmək üçün vaxtlarının olduğunu bildirib:
"Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir. "Düdelanj"la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. "Sevilya" isə hamıya məlumdur, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" A qrupunda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları ilə üz-üzə gələcək.