Bu saatlarda Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 80-ci km-də 3 avtomobilin toqquşması ilə nəticələnən ağır zəncirvari qəza baş verib.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, 1 TIR və 2 minik maşınının toqquşması nəticəsində azı 3 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan 4 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda qəzada ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə yerində tıxac yarandığından DYP əməkdaşları yolun açılması üçün tədbirlər görürlər.

Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək.