Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində 1 nəfər azyaşlının kanalda ayağına dəmir parçası bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.