Türkiyənin "Qalatasaray" klubu növbəti transferini rəsmiləşdirib.
Unikal.org xəbər verir ki, "sarı-qırmızılar" Radamel Falkaonun keçidini həll etdiyini açıqlayıb. Təcrübəli hücumçu ilə 3+1 illik müqavilə imzalanıb. O, bu gün İstanbula gələcək.
Qeyd edək ki, kolumbiyalı forvard "Qalatasaray"a qədər "Mançester Yunayted", "Çelsi", "Portu", "Olimpiakos" və "Atletiko" kimi klublarda çıxış edib.