Nərimanov rayonunda yerləşən Atatürk parkında yenidənqurma və təmir işləri bu həftə yekunlaşacaq.

Unikal.org-un əldə etdiyi məlumata görə, park gələn həftədən etibarən sakinlərin istifadəsinə veriləcək. Parkda müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən parkda istirahət edən insanların müəyyən tələblərini ödəmək üçün bir neçə ictimai iaşə obyekti istifadəyə veriləcək. Layihəyə uyğun olaraq parkda əlavə digər ağaclar, kollar əkilib, güllərdən müxtəlif kompozisiyaların düzəldilib, qazon örtüyü yenilənib.  O cümlədən, parkdakı ağacların budanması, cavanlaşdırılması işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyəti mülkiyyət sənədləri olan obyekt sahiblərinə müasir standartlara, parkın yeni layihəsinə uyğun formada yeniləşdirmə işlərini qısa müddətdə yekunlaşdırmaq tapşırılıb.

Famil Fərhadoğlu