Prezident İlham Əliyevin “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 6 avqust tarixli 429 nömrəli sərəncamında dəyişiklik olunub.

Unikal.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib: 

“Komissiyanın sədri 

Azərbaycan Respublikası Baş nazirinin müavini 

Komissiya sədrinin müavini 

Azərbaycan Respublikasının daxili işlər naziri 

Komissiyanın üzvləri 

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri 

Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri 

Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini 

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini 

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini 

Azərbaycan Respublikası təhsil nazirinin müavini 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini 

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini 

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini 

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti”.