Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş  mərasim keçirilib. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov  hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub.

Unikal.org xəbər verir ki, mərasimdə maraqlı anlar yaşanıb.Belə ki, general-polkovnik Vilayət Eyvazov qonaq olduğu mənzillərdən birində Daxili Qoşunların əməkdaşının azyaşlı oğlu nazirə “Üç rənqli bayraq” şeirini söyləyib:

“Bu üçrəngli bayrağım 
Gözümün işığıdır. 
Azadlıq yağışından 
Doğan göy qurşağıdır. 
Üstündəki ay-ulduz 
Gəlir mənim xoşuma. 
Ay üzüyə bənzəyir, 
Ulduz onun qaşına. 
Üçrəngli bayraq bizə 
Təsəllidir, dayaqdır, 
Yolumuzun üstünə 
İşıq saçan mayakdır.”

Azyaşlının şeir söyləməsi Daxili İşlər nazirinin marağına səbəb olub. O, “Ay maşallah” deyərək ona təşəkkür edib.