Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlərə avtobus reysləri mövcuddur.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat atibi Pərvin Məmmədova Unikal.org-a bildirib ki, yay mövsümü ilə əlaqədar olaraq, hər iki istiqamətdə sərnişin sayında artım müşahidə olunurdu:
"Qeyd olunan 3 ay ərzində ümumilikdə 38 089 reyslə 1 014 748 sərnişinin avtovağzaldan gedişi təmin olunub. Bunlardan 92 916 sərnişin beynəlxalq reyslərlə səfər edib. Beynəlxalq istiqamətlərdə İstanbul, Marneuli, Tbilisi və Batumi, şəhərlərarası istiqamətlərdə isə Gəncə, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə səfər edənlər üstünlük təşkil edib. 

Məlumat üçün qeyd edim ki, mövsümlə əlaqədar olaraq Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək". 

P.Məmmədova diqqətə çatdırıb ki, biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. “ Onlayn ” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.