UFC çempionu, dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov amerikalı Dastin Porye ilə görüşə görə 6 milyon dollardan çox pul qazanacaq.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının atası Əbdülmanap Nurməhəmmədov məlumat verib.
“Biz ən yaxşıları məğlub etmişik və ən yaxşılarla yenə döyüşməyə hazırıq. Zala daxil olanda görəcəksiniz Həbibin necə qarşılayırlar”, - deyə çempionun atası bildirib.
Xatırladaq ki, Həbib Nurməhəmmədov və Dastin Porye arasında döyüş sentyabrın 7-də Əbu-Dabi şəhərində baş tutacaq.