Qusarda sel Qəmərçay kəndindən Sudur kəndinə gedən yolu da dağıdıb.
Unikal.org ANS Press-ə istinadən xəbər verir ki, nəticədə Sudur kəndinin və Dövlət Sərhəd Xidmətinin Xudat Sərhəd Dəstəsinin Sudur sərhəd zastavasına gedən yol da bağlanıb.
Bundan başqa, Gican kəndində bir küçəni və evləri su basıb.  Selin ziyan vurduğu Kuzun kəndinə gecə saatlarına 2 texnika göndəriləcək.
Qusar Fövqəladə Hallar Komisiyası səhər saatlarından dəymiş ziyanın aradan qaldırılması və ziyanın hesablanmasına başlayacaq.