Azərbaycanda Kapoeyranın yaradıcısı, Dünya Kapoeyra Federasiyasının keçmiş prezidenti Taleh Orucovun səhhətində problem yaranıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, tanınmış idmançı Türkiyədə qaraciyərindən müalicə alır. O, səhhətindəki problemə görə idmandan tamamilə uzaqlaşmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Taleh Orucov Azərbaycan Kapoeyra Federasiyasının, daha sonra Dünya Kapoeyra federasiyasının prezidenti olub.

Aygün İlqarqızı