Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Gənclər və İdmannaziri Azad Rəhimov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, baş katib Ağacan Abıyev, baş katibin müavini Azər Əliyev, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının nümayəndələri, idman xadimləri, dünya və Avropa çempionları iştirak edib.
Tədbir Vahid Nəzərovun idman fəaliyətinə həsr olunmuş video çarxın təqdimatı ilə başlayıb. Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ürək sözləri və tədbirklərini çatdırmaq üçün səhnəyə dəvət olunub.
Vahid Nəzərovun idmanda qazandığı uğurları və fərəhli yolu bir daha qeyd edən vitse-prezident onun yeni nəsil idmançıların yetişdirilməsində rolunu qeyd etdi. O, Azərbaycanın Olimpiya Hərəkatında tövhəsini nəzərə alaraq Milli Olimpiya Komitəsi adından hazırlanmış ünvan təqdim edib.
Gənclər və İdman nazirinin müavini və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılov, Vahid Nəzərovun öncəki və qarşıdan gələn idman yarışlarında və gələcək yarışların Həmçinin İsmayıl İsmayılov Gənclər və İdman Nazirliyi adından ünvan təqdim edib.
Milli Olimpiya Komitəsinin vitse prezidenti Xəzər İsayev, baş katib Ağacan Abiyev, Təhsil Nazirliyinin şöbəsinin rəhbəri Vasif Məmmədov, Olimpiya Çempionu Zəmfira Meftəhətdinova, əməkdar jurnalist Vasif Səmədov, xalq artisti Rafiq Əzimov, Azərbaycan Radiosunun baş redaktoru Anar Məmmədov, Bakı şəhər Gənclər və İdman idarəsinin nümayəndəsi Kamal Əhmədov, Olimpiya Çempionu Namiq Abdullayev və Olimpiya Çempionu Zərifə Salahova öz təbriklərini çatdırıblar.
Sonda Vahid Nəzərov tədbir iştirakçılarını və təbriklərə görə təşəkkürünü bildirib.