Rusiyanın futbol üzrə milli komandasının həbsdə olan sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev sərbəst buraxılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə onların vaxtından əvvəl azad olunması ilə bağlı vəsatəti qəbul edib. Bununla da hər iki futbolçu, həmçinin Kokorinin qardaşı Kirill Kokorin şərti olaraq azadlığa çıxıb.

Qeyd edək ki, Aleksandr və Pavel ötən ilin 11 oktyabrında həbs edilib. Futbolçular bir barda Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döydükləri üçün saxlanılıb. Bundan sonra Kokorin "Zenit"dən, Mamayev "Krasnodar"dan kənarlaşdırılıb. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, Mamayevə isə 1 il 5 ay həbs cəzası verilmişdi.