İspaniyanın “Barselona” klubunun müdafiəçisi Jerar Pike “Mançester Yunayted” in əfsanəvi baş məşqçisi Aleks Ferqyusonla bağlı açıqlama verib.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, vaxtilə “qırmızı şeytanlar”da Ferqyusonun rəhbərliyi altında oynamış 32 yaşlı futbolçu, bunları deyib:

“Ferqyuson ikinci atam kimi idi. Həmin vaxt “Mançester Yunayted”ə getmək çox çətin qərar idi və Ferqyuson mənə kömək etdi.

Onun mövzulara etdiyi müdaxilə çox fərqli idi. Çətin vaxtlarda ortaya qoyduğu liderlik komandadakı hər kəsə inam verirdi. Hər gün ondan yeni bir şey öyrənirdim”.

İspan futboçu 2004-2008-ci illərdə “Mançester Yunayted”in şərəfini qoruyub.