Türkiyənin tanınmış futbolçusu Arda Turan barəsində həbs qərarı çıxarılıb.
Unikal.org xəbər verir ki, futbolçunun müğənni Berkay Şahinlə aralarında yaşanan davaya görə açılan məhkəmə prosesi başa çatıb.
Məhkəmənin yekun qərarı Arda Turanın 2 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Arda Turan qərardan sonra yazılı açıqlama verib: “Türk ədaləti bu ağır ittihamların çirkin şər olduğuna qərar Verdi. Bu olayın manşeti üzərimə atılan şərlərdən dolayı, etdiyim səhvlərdən aldığım cəza deyil, zorakılıq ittihamlarından qurtulmağımdır”.