Türkiyə Super Liqasında IV tur başlayıb.
Unikal.org xəbər verir ki, turun ilk günündə bir qarşılaşma keçirilib.
“Qalatasaray” öz meydanında “Kasımpaşa”nı qəbul edib. Matç kolumbiyalı ulduz Radamel Falkaonun “sarı-qırmızılar”ın heyətində debütü ilə əlamətdar olub.
Görüşün taleyini də cənubi amerikalı həll edib. 38-ci dəqiqədə qol sevinci yaşayan R.Falkao “Qalatasaray”a üç xal qazandırıb. Bu, mövsümə yaxşı başlamayan istanbulluların mövsümdə ikinci qələbəsi olub.
Qeyd edək ki, turun digər oyunları sentyabrın 14-16-da keçiriləcək.