Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarınfinal görüşünə çıxıb. 

Unikal.org xəbər verir ki, 55 kq çəkidə yer alan Əzizlinin rəqibi qazaxıstanlı Xorlan Jakanşa olub. Görüşün əvvəlində Əzizli hesabda 0:3 geri düşsə də, fasiləyədək fərqi minimuma endirib.

İkinci hissədə isə Jakanşa fərqi artıraraq, qələbəyə nail olub - 11:5.

Beləliklə, ötənilki azərbaycanlı Avropa və dünya çempionu finala yüksələ bilməyib. O, bürünc medal uğrunda mübarizə aparacaq.