Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov adına "Facebook" sosial şəbəkəsində yeni səhifə yaradılıb. 

Unikal.org xəbər verir ki, "Bestekar Kamal" adlı səhifənin 1800-dən çox izləyicisi var. İzləyicilər arasında məşhurlar və dövlət məmurları da var. Səhifədə  nazirin bəstələdiyi, tanınmış müğənnilərin ifa etdiyi musiqilər paylaşılır.