Günay Bank Azərbaycanda vergi ödəyəcisi kimi dövlət qeydiyyatından keçmiş kiçik və orta bizneslə məşğul olan (KOB) fiziki şəxslərin iş fəaliyyətinin inkişafı və genişləndirilməsi məqsədi ilə güzəştli kreditləşmə prosesinə start verib.
Unikal.org xəbər verir ki, Bank sözügedən kreditləşməni Azərbaycan Respublikası “Sahibkarlığın İnkişaf Fondu”-nun vəsaiti hesabına həyata keçirir.
Günay Bank ASC ölkədə müxtəlif prioritet istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlara və ümumilikdə biznes mühitinin inkişafına daim dəstək olmağa davam edir.
Şərtlərlə tanış olmaq üçün aşağıda qeyd olunan linkə, eyni zamanda Günay Bank ASC-nin rəsmi internet səhifəsinə daxil ola, ya da 1546-ya zəng vurub Bankın Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz: