Sevdiyi insanla qaçıb ailə daha sonra bakirə kimi başqa kişiyə ərə verilən Müjgan Məmmədlinin döyülməsi ilə bağlı fotolar efirdə verilib.

Unikal.org big.az-a istinadən xəbər verir ki, Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarılan Müjgan Məmmədli ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Aparıcı bildirib ki, Müjgan döyüldükdən sonra ata evinə gəlib:

"Anası onu geri qaytarıb. Sanki Çinarə məsələsi yenidən təkrarlanır. Qayınana, qayınata və Müjganın həyat yoldaşı gizlənir. Hələ bu azmış kimi onu kimlərsə müdafiə edir. Məncə qayınana hər şeyi bilir. Müjganla bağlı heç kim zəng edib demir ki, onu hardasa görmüşük".

Müjganın anası bildirib ki, qızını birinci qaçıranın 3-4 arvadı var idi:

"Qızımı qaçıranın, Ceyhunun 24 yaşı var idi. Müjgan Ceyhunla qaçandan sonra bilib ki, 4 arvadı var. Ona görə qızım zəng elədi ki, ana gəl məni apar. Bizdə səhərisi gün Müjganı evə gətirdik. Qızım qaçmazdan əvvəl onların evinə getmişdim. Müjgan məndən incimişdi deyə görüşmədi. Bacısı ilə görüşdükdən sonra ondan dərman istəyib. Onlar da olan bir nənə mənə gözaydınlığı verib, qızımın hamilə olduğunu söylədi. Məncə Müjgan bacısından dərmanı hamiləliyi pozmaq üçün istəyib".

Qeyd edək ki, Müjgan Məmmədli 2 ayın gəlini olub və qayınanasının evindən yoxa çıxıb.