Bakıda 21 yaşlı qız itkin düşüb.
Unikal.org-un xəbərinə görə, hadisə bu ilin yanvar ayında paytaxtın Xətai rayonu ərazində baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Bahar Əzimova Neapol küçəsi ev 16 ünvanından çıxaraq bir daha geri qayıtmayıb.
Lakin bu barədə qızın anası 9 aydan sonra, oktyabrın 7-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.