Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə terrorçu PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın Resulayn şəhərinin mərkəzinə daxil olub.
Unikal.org xəbər verir ki, TSQ Suriya Milli Ordusu ilə birgə Resulayn şəhərini terrorçu PKK/YPG-PYD qruplaşmasından tam azad edib.
məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.